Bədəl Bədəlov növbəti dəfə seçiciləri ilə görüş keçirib FOTOLAR
Xalqın seçimi dəyişməzdir!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Yəhərçi Qazaxlar, Sarov kəndlərinin və Naftalan şəhərinin seçicilərilə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolundan və Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində müstəsna rolundan bəhs ediblər. Bildirilib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Son 20 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı zirvəyə yüksəldib.
Eyni zamanda, parlament seçkilərində YAP-ın növbəti qələbə qazanmasının xalqımızın parlaq gələcəyi naminə çox əhəmiyyətli olduğu qeyd edilib.
Deputatlığa namizəd Bədəl Bədəlov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. O, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı layiqincə doğruldacağına söz verib.
Namizəd çıxışının sonunda seçiciləri ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edənlər seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedən YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Daha sonra deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Yəhərçi Qazaxlar və Sarov kəndlərində fərdi görüşlər keçirib.
Xəbəri paylaş