Xəbər lenti
14-09-2024, 21:36
 

Məlahət İbrahimqızı seçiciləri ilə nöbvəti görüş keçirib - Fotolar

Tarix: 19-08-2024 18:17     Baxış: 350

İnkişaf yolunda inamla irəliləyirik.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı YAP ı Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın daim bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, partiyamızın bu dəfə də möhtəşəm qələbə qazanacağına inandığını bildirib.

Tədbirdə deputatlığa namizəd Məlahət İbrahimqızı ilk olaraq, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. O bildirib ki, yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacaq.

Tədbirdə çıxış edən seçicilər parlament seçkilərində səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Məlahət İbrahimqızı həmçinin, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi 64 ünvanında seçicilərlə məhəllə görüşü keçirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar