Xəbər lenti

Ağstafalı yeniyetmə və gənclər üçün piknik təşkil olunub - Fotolar

Tarix: 19-08-2024 13:12     Baxış: 1 246

Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Həsənsu çayının ətrafında təşkil olunan piknikin əsas məqsədi yeniyetmələrlə gənclər arasında birliyin təşviqi, onların intellektual səviyyəsinin artırılması, eyni zamanda, məktəblilərin yay tətilini daha mənalı və yaddaqalan etməkdən ibarət olub.

Mubarizciler.az xəbər verir ki, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə sektorunun müdiri Turan Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər hərtərəfli qayğı ilə əhatə olunur, onların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda yetişmələri, yüksək səviyyəli təhsil almaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları üçün bütün zəruri tədbirlər görülür. Öz növbəsində hər bir yeniyetmə və gənc də ölkəmizdə yaradılan bu əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirməlidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, həmçinin bütün sahələrdə inkişafına öz layiqli töhfələrini vermək Azərbaycan gəncinin başlıca vətəndaşlıq borcudur.

Müxtəlif növ stolüstü dama yarışları, musiqili-əyləncəli müsabiqələr, nahar və çay süfrəsinin təşkil olunduğu piknik, iştirakçılarda yeni xüsusiyyətlər kəşf etməsi və xoş anlarla yadda qalıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar