Məhərrəm Quliyevin rəhbərliyi ilə aparat iclası keçirilib
Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun, vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Şəhid ailələri və Qazilərlə yerlərdə görüşlərin keçirilməsi, Səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlərin davam etdirilməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, yolkənarı obyektlərin abadlaşdırılması və ərazilərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə monitorinqlərin davam etdirilməsi və ümumilikdə, verilmiş tapşırıqların icrası vəziyyəti barədə Aparat iclası keçirildi.
Xəbəri paylaş