Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboylular Həsrət Cəfərovu bu cür qarşıladılar

Tarix: 18-08-2024 20:57     Baxış: 1 981

Paris Yay Olimpiya oyunlarında ölkəmizə bürünc medal qazandırmış həmyerlimiz Həsrət Cəfərov Goranboy rayonunda Uşaq Gənclər idman Şahmat məktəbinin, Rayon İcra Hakimiyyətinin, YAP Goranboy rayon təşkilatının, Goranboyy Gənclər və İdman sektorunun, eyni zamanda idman ictimaiyyətinin nümayəndələri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

Mubarizciler.az xəbər verir ki, Qarşılanma mərasimində UGİŞM-nin direktoru E.Yusibov, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nəzərov , Yap Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev, Goranboy rayon Gənclər İdman sektorunun müdiri Cəfər Verdiyev, Həsrət Cəfərovun ilk məşqçisi Bayram Bayramov çıxış etdilər.

Qarşılanma mərasimindən sonra Həsrət Cəfərov yetirməsi olduğu UGİŞM-i ziyarət etdi, jurnalislərin suallarını cavablandırdı.  Daha sonra Goranboy Olimpiya İdman kompleksində oldu. 

İdmançımızı bir daha təbrik edir, növbəti medalın əyarının ancaq və ancaq qızıl olmasını arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar