Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər - FOTO
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi əsas vəzifədir, öhdəlikdir, məsuliyyətdir. Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar;
Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron;
Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron;
Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron;
Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək
götürülüb.
(Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb)
Xəbəri paylaş