Xəbər lenti
14-09-2024, 21:36
 

Qasımlı Mircəlil Ağdaş rayonunda Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi - Fotolar

Tarix: 17-08-2024 16:16     Baxış: 819

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 16 avqust 2024-cü il tarixində Ağdaş rayonu Rəfail Məmmədov adına Yenikənd kənd orta məktəbində həmin ərazidə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

         

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilən ekoloji fəlakətin qarşısının alınması deməkdir. Belə ki, 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltı, yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub, ekoloji fəlakət mühiti yaranıb.

  Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsində biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi məhv oldu, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar həmişə bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq.    Əziz seçicilərim, inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək öz mövqeyinizi ifadə edəcəksiniz. Əmin olun ki, mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacağam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacağam.     

Namizədin vəkili - Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, xalqımız böyük ovqatla, ruh yüksəkliyi ilə seçkilərə gedir. Azad edilmiş torpaqlarımızda da seçki məntəqələri fəaliyyət göstərir. Azad Kəlbəcərimizi təmsil edən 123 saylı Seçki Dairəsindən namizədimiz Mircəlil Qasımlı yüksək intellekti, yüksək təhsili, milli dəyərlərə bağlılığı ilə seçilən vətənpərvər gəncdir. İnsanlarla işləmək, ünsiyyət qurmaq bacarıqlarına malikdir. Seçicilərinin qarşısına məqsədyönlü, gələcək hədəflərimizə yönəlmiş platforma ilə çıxıb. Mən əminəm ki, seçkilərdə Mircəlil müəllimə səs verəcəksiniz və əminəm ki, Mircəlil müəllim ali qanunvericilik orqanında sizin səsiniz olacaqdır. 

 Namizədin vəkili Şəhid ailəsi, şair Ələsgərov Ələkbər (Sonməz Ələkbər) çıxış edərək qeyd etdi ki, əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 1 sentyabr seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan soydaşlarımızın bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunan, cənnət məkana çevrilən öz doğma torpaqlarında – Kəlbəcərdə və azad olunmuş digər yerlərdə səs verəcəklər. Çünki bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.   

 Görüşdə çıxış edən seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar