Xəbər lenti

Daşkəsəndə turizm potensialının inkişaf etdirilməsi ilə bağlı yaradılmış işçi qrupunun birinci iclası keçirilib - Fotolar

Tarix: 17-08-2024 11:31     Baxış: 770

Avqustun 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Daşkəsənin turizm potensialının inkişaf etdirilməsi ilə bağlı yaradılmış işçi qrupunun birinci iclası keçirilib.

Mubarizciler.az xəbər verir ki, İclasda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, RİHBA-nın məsul şəxsləri,  turizm mütəxəssisləri və qrupun digər üzvləri iştirak ediblər.

Görüşdə rayon ərazisində turizmlə bağlı həyata keçiriləcək fəaliyyətlər, yerli əhalinin turizm aktivliyinin təmin edilməsi və rayonun turizm mərkəzinə çevrilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda turistlərə təklif edilə bilən müasir səviyyədə məhsulların hazırlanması, kənd təsərrüfatı ilə turizmin uzlaşdırılması, turistik marşurutların inkişaf etdirilməsi; tarix-mədəniyyət abidələri haqqında məlumatlandırma, turistlərə iaşə xidmətinin müvafiq standartlara uyğunlaşdırılması, təbliğat-təşviqat işlərinin aparılması qarşıda duran hədəflər olaraq müəyyənləşdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar