Xəbər lenti
14-09-2024, 21:36
 

Mircəlil Qasımlı Vətən müharibəsi şəhidi, "Qarabağ" ordeni Mayor Azər Əmrah oğlu Mikayılovun valideyinlərini ziyarət edib - Fotolar

Tarix: 16-08-2024 20:17     Baxış: 609

123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi, "Qarabağ" ordeni ilə təltif edilmiş mayor Azər Əmrah oğlu Mikayılovun Goranboy rayonu, Yeni qəsəbədə yaşayan valideyinlərini ziyarət edib. 

Mubarizciler.az xəbər verir ki, Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, mayor Azər Mikayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub.

 Mircəlil Qasımlı bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı.        

Şəhidin valideyinləri onlara göstərilən qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. 

 Qeyd edək ki, Vətən müharibəsi şəhidi mayor Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunda anadan olub.

 Azərbaycan ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbralıyın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edilib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

  Allah Şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar