Xəbər lenti

Əli Hüseynov Ağsu rayonunda seçicilərlə görüş keçirib - Fotolar

Tarix: 16-08-2024 20:00     Baxış: 1 883

Ağsu rayonunda seçicilərlə görüş keçirilib!

 Mubarizciler.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən 90 saylı Ağsu seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynovun 13.08.2024-cü il tarixində partiyanın Ağsu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

 Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Görüşü giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, bütün seçkilərdə olduğu kimi bu seçkilərədə böyük qələbə əzmi ilə qatılan YAP daim xalqın dəstəyinə güvənir. Ona görə də, tam əminliklə demək olar ki, 01 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində də xalq YAP-nın namizədlərinə səs verəcək.

 Görüşdə çıxış edən deputatlığa namizəd Əli Hüseynov öncə seçicilərə YAP-nın seçki platforması haqında ətraflı məlumat verib. Qeyd edib ki, YAP ulu öndər Heydər Əliyevin siyasi mirasıdır. Ümummilli Liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ötən müddət ərzində öz reallığını təsdiq edib.

 Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Vaqif Nəzərov, Allahverdi Qənbərov və Elnur Fərzəlizadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət ediblər.

 Görüşdə iştirak edən seçicilər 01 sentyabrda keçiriləcək parlament seçkilərində YAP-nın namizədinə səs verərək onu dəstəkləyəcəklərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar