Xəbər lenti
14-09-2024, 21:36
 

Baş prokurorun birinci müavini Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasını qəbul edib - Fotolar

Tarix: 15-08-2024 20:19     Baxış: 315

Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qonaqları salamlayan Elçin Məmmədov cari ilin sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçiciləri azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışaraq, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib. 

Seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Baş prokurorun birinci müavini İşçi qrupun səmərəli fəaliyyətindən bəhs edib. 

Nurlan Seytimov Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndirib. 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar