Xəbər lenti

Ağalar Vəliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin iclas salonunda gənclərlə görüş keçirib - Fotolar

Tarix: 15-08-2024 12:11     Baxış: 1 197

Yeni Azərbaycan Partiyası YAP tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyevin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin iclas salonunda gənclərlə görüşü keçirilib.

Mubarizcier.az xəbər verir ki, Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində mühüm uğurlar əldə olunub: “Məhz bu amillər imkan verir  ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın namizədləri olacaqdır”.

Deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Ərazi bütövlüyümüzün bərpası, qalib xalqa çevrilməyimiz Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsidir. Buna görə də YAP-ın 1 sentyabrda keçiriləcək parlament seçkilərində qələbə qazanacağı heç kimdə şübhə doğurmur.

Görüşdə çıxış edən gənclər seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar