Xəbər lenti
14-09-2024, 21:36
 

Bədəl Bədəlov Goranboy rayonunun Qaradağlı və Şadılı, Naftalan şəhərinin isə Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə görüş keçirib - Fotolar

Tarix: 15-08-2024 12:04     Baxış: 1 218

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Qaradağlı və Şadılı, Naftalan şəhərinin isə Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Qaradağlı kəndindən olan şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Goranboyda keçirilən görüşdə çıxış edən rayon təşkilatının sədri Samir Qocayev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından söhbət açıb.

Naftalanda baş tutan görüşdə isə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək xalqın etimadını qazanaraq siyasi sistemin aparıcı qüvvəsinə çevrilmiş YAP-ın növbəti dəfə inamlı qələbə qazanmaq iqtidarında olduğunu deyib.

Deputatlığa namizəd Bədəl Bədəlov Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib. O bildirib ki, YAP-ın sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzu gündən-günə artır.

O, parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin vacibliyini diqqətə çatdırıb, seçiciləri səsvermə günü fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşlərdə Goranboy rayonu üzrə təşviqat qrupunun üzvləri şəhid Orxan Namazovun anası Nailə Məmmədova, Ülkər Hümbətova, Rəddin Məmmədov, Əzra Həşimova və Naftalan şəhəri üzrə təşviqat qrupunun üzvü Eltəkin Quliyev çıxış edərək Azərbaycan xalqının bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mühüm uğurlar qazanacağına əminlik ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Borsunlu kəndində Vətən müharibəsi şəhidi Nicat Nəriman oğlu Nəsibovun ailəsini və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində isə Vətən müharibəsi zamanı 5 nəfər ailə üzvünü itirmiş Nadir Qurbanovu ziyarət edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar