Xəbər lenti

Mircəlil Qasımlı Şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 15-08-2024 11:54     Baxış: 1 925

123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı Bərdə rayonunun Əyricə kəndində Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Müdafiə Nazirliyi Quru Qoşunların hərbi qulluqçusu, çavuş İlyasov Bəhrəmin valideyinlərini ziyarət ediblər. 

Mubarizciler.az xəbər verir ki, Şəhidin valideyinləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Mircəlil Qasımlı çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü və qüdürətinin də bütün dünyaya bir daha nümayiş etdirdi. 

 Şəhidin valideyinləri onlara göstərilən qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını  bildirdilər. 

  Qeyd edək ki, şəhid İlyasov Bəhrəm Nizam oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. 4 oktyabr 2020-ci ildə tarixində Suqovuşan uğrunda gedən döyüşdə şəhadətə yüksəlib. Bəhrəm İlyasov Nizam oğluna ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Allah Şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar