Xəbər lenti
18-11-2024, 12:06
 

Qasımlı Mircəlil Bərdədə seçicilərlə görüş keçirdi

Tarix: 14-08-2024 20:07     Baxış: 1 029

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 14 avqust 2024-cü il tarixində Bərdə rayonu Yeni qəsəbədə fəaliyyət göstərən 79 saylı Kəlbəcər orta məktəbin akt zalında həmin qəsəbədə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

   Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Bu gün Azərbaycan dövlətinin məqsədi işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərini sürətlə başa çatdırmaq və həmin torpaqlarda yaşayan keçmiş məcburi köçkünlərin doğma yerlərə dönüşünü tam təmin etməkdir.

 Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, mümkünsüzü mümkün edən 44 günlük müharibə bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev Qarabağ torpaqlarına hər səfəri ilə tarix yazır. Bu səfərlərin hər biri Qarabağa bütövlük, yenilik və inkişaf gətirir, xalqımıza tarixi anlar yaşadır, insanlarda xoş təəssürat yaradır. Kəlbəcər şəhərinin baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Heç şübhəsiz ki, bütün bu işlərin görülməsi Azərbaycan dövlətinin qüdrətini, qətiyyətini və iradəsini nümayiş etdirir.  

 Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulmasında və inkişafı naminə çalışacam.   

 

  Rayon ziyalılarından həkim Yasin İsmayılov, qocaman pedaqoq Kamil Qədimov və digər çıxış edənlər qeyd etdilər ki, Əziz seçicilər, doğma kəlbəcərlilər, bu gün qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırırıq.            




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar