Xəbər lenti
14-09-2024, 21:36
 

Anar Məmmədov Tərtər rayonunun Xoruzlu və Qaradağlı kəndlərində və təhsil sahəsində çalışan seçicilərlə görüş keçirib - Fotolar

Tarix: 14-08-2024 18:24     Baxış: 497

“Yeni Azərbaycan Partiyasına güvənirik”.

 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Tərtər rayonunun Xoruzlu və Qaradağlı kəndlərində və təhsil sahəsində çalışan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov YAP-ın böyük uğurlara imza atdığını və budəfəki seçkilərə də qələbə əzmi ilə getdiyini söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xalqımıza böyük nailiyyətlər və möhtəşəm Zəfər qazandırıb.

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib: “Uğurlarımızın zirvə nöqtəsi 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasıdır. Yeni dövrdə qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edəcək”.

Anar  Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə  çağırıb.

Tədbirdə  təşviqat qrupunun üzvləri  Elşən Səfərov,  Fədail Musayev, Rəşad Şahbazov və Vəsilə Mehdiyeva çıxış edərək yeni qələbələr naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər isə YAP-ın xalqın etimadını doğrultduğunu və ölkəmizin inkişafına layiqli töhfələr verdiyini bildirib, “Yeni Azərbaycan Partiyasına güvənirik”, - deyə vurğulayaraq YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar