Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Mircəlil Qasımlı Şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 14-08-2024 11:44     Baxış: 3 220

Deputatlığa namizəd Mircəlil Qasımlı Tərtər rayonunun Şıxarx qəsəbəsində Vətən müharibəsi Şəhidi Müdafiə Nazirliyi Quru Qoşunların hərbi qulluqçusu, çavuş Məmmədov Elşən Dağıstan oğlunun ailəsini ziyarət edib.

Şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. 

Mubarizciler.az xəbər verir ki, Namizəd Mircəlil Qasımlı çıxışında bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Bu Qələbə Azərbaycan Ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür.

 Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. 


Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar