Afət Həsənova Suraxanı rayonu, Əmircan qəsəbəsində seçicilərlə görüşü keçirib - Fotolar
YAP ölkənin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az ın məlumatına görə, Görüşü giriş sözü ilə açan namizədin nümayəndəsi Seymur Şeydayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artır. Hazırda sıralarında 730 mindən çox üzvü birləşdirən YAP ölkənin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.
Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda əldə olunan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezidentimiz cənab İlham Əliyevdir.
Afət Həsənova çıxışında həmçinin, fəaliyyəti dövründə vətəndaşların müraciəti əsasında həllini tapmış işlər barəsində seçiciləri məlumatlandırıb, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
O, seçiciləri 1 sentyabrda keçiriləcək seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, çıxış edən seçicilər təklif və müraciətlərini səsləndirib, seçkilərdə iştirak edəcəklərini bildiriblər.
Xəbəri paylaş