Xəbər lenti
18-11-2024, 12:06
 

Mircəlil Qasımlı Tərtər rayon Bəyimsarov kəndində Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi - Fotolar

Tarix: 13-08-2024 20:43     Baxış: 980

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 13 avqust 2024-cü il tarixində Tərtər rayonu Yeni qəsəbədə fəaliyyət göstərən məktəbin akt zalında və Tərtər rayon Bəyimsarov kəndində Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

 Mubarizciler.az xəbər verir ki, Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.

 Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarının uğurlu icrası nəticəsində Kəlbəcərdən olan məcburi köçkünlərin də həyatında əsaslı dönüş yarandı. Sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlayan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən mövqelərini darmadağın etdi və İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ərazi bütövlüyümüz bərpa olundu, 300-dən çox şəhər və kənd döyüş meydanında azad olundu. Bəli, Ulu Öndərimizin böyük uzaqgörənliklə söylədiyi sözlər reallığa çevrildi. 10 noyabr 2020-ci il tarixli üç tərəfli Bəyanətə əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.  

  Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.  

 Namizədin vəkili tədqiqatçı jurnalist Elxan Salahov və digər çıxış edənlər bildirdilər ki,  hazırda Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Əziz seçicilər, hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırıram.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar