Xəbər lenti

Ağstafa şəhərinin yol-nəqliyyat infrastrukturunun davamlı yenilənməsi diqqətdə saxlanılır - Fotolar

Tarix: 13-08-2024 20:26     Baxış: 924

Ölkə rəhbərliyinin müvafiq göstərişlərinə uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində əhalinin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi ilə yol-nəqliyyat və digər infrastrukturların müasir tələblərə uyğunlaşdırılması işlərinə xüsusi diqqət yetirilir. Bu məqsədlə icra olunan ardıcıl tədbirlər çərçivsində Ağstafa şəhərinin bir sıra küçəsində əsaslı təmir və quruculuq işləri həyata keçirilmişdir.

 Mubarizciler.az ın məlumatına görə, Əmrah Əhmədov küçəsinə yeni asfalt örtüyü salınmış, elektrik təsərrüfatı yenidən qurulmuş, müasir işıqlandırma sistemi çəkilmiş, vətəndaşlar GPON texnologiyalı sürətli internetlə təmin edilmişdir. Rafiq Alcanov küçəsində avtomobil yolunun sıradan çıxmış hissəsi çıxarılaraq yeni asfalt örtüyü salınmışdır. Hüseyn Arif küçəsi ilə Ağstafa-Poylu avtomobil yolunu birləşdirən yeni yol əsaslı təmir olunaraq asfaltlanmışdır. 

Hazırda Ağstafa şəhərində abadlıq-quruculuq işləri, o cümlədən Heydər Əliyev prospekti boyunca vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə daha müasir tipli səki daşlarının döşənməsi işləri davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar