Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüş keçirib - Fotolar
Yeni dövrə Yeni zəfərlərlə!
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüş keçirib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə giriş nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, bu seçkilərin tarixi əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə deputatlığa namizəd Məlahət İbrahimqızı ilk olaraq, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından söhbət açıb. Ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Builki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.
Məlahət İbrahimqızı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb və yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inama layiqincə cavab verəcəyinə söz verib.
Tədbirdə çıxış edən Nəsimi rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədri Azər Quliyev Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhid ailələri və qazilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, parlament seçkilərində öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.
Xəbəri paylaş