Xəbər lenti

Adil Əliyev növbəti vətəndaş qəbulu keçirib - Fotolar

Tarix: 13-08-2024 00:02     Baxış: 1 092

Avqustun 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. 

Mubarizciler.az xəbər verir, İcra hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 30-dan çox vətəndaş iştirak edib.

RİH başçısı Adil Əliyev tərəfindən fərdi qaydada vətəndaşların müraciətləri dinlənilib və onlara qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri barədə vətəndaşlara tövsiyələr verilib.

Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar