Xəbər lenti
18-11-2024, 12:06
 

Bədəl Bədəlov Goranboyun Qazanbulaq qəsəbə və Gürzallar kənd seçiciləri ilə görüşü keçirib - Fotolar

Tarix: 12-08-2024 23:21     Baxış: 1 701

Yeni hədəflər naminə..

Mubarizciler.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində  avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş  Bədəl Bədəlovun  Goranboyun Qazanbulaq qəsəbə və Gürzallar kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək bildirib ki, hər bir seçki kampaniyasına böyük ruh yüksəkliyi və qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə gedir. Bu şüar müasir, müstəqil, qalib Azərbaycanın uğurlarının davamlılığını, hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsini və yeni hədəfləri gerçəkləşdirmək əzmində olduğunu ifadə edir.

Deputatlığa namizəd Bədəl Bədəlov çıxışında Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Azərbaycanın uğurlarından bəhs edən deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Namiq Kərimov və Səyad Quliyev qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək. Çıxışçılar yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə dəstək olacaqlarını bildiriblər.

Həmin gün deputatlığa namizəd Bədəl Bədəlov rayonun Qazanbulaq qəsəbəsində yaşayan Vətən müharibəsi qazisi İlqar Avazovu şəhid İbrahim Məmmədovun ailəsini ziyarət edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar