Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov Tərtər rayonu Sarov, Rəcəbli və Kovdadıq kəndlərindən olan seçicilərlə görüş keçirib - Fotolar

Tarix: 12-08-2024 18:59     Baxış: 812

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində  avqustun 10-da Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədovun Tərtər rayonu Sarov, Rəcəbli və Kovdadıq kəndlərindən olan seçicilər, eyni zamanda ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov müstəqil Azərbaycanın inkişafında, sosial-iqtisadi və digər sahələrdə inkişaf proqramının reallaşmasında Yeni Azərbaycan Partiyasının əvəzedilməz xidmətlərindən danışıb. Onun fikrincə, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də seçicilər yüksək fəallıq nümayiş etdirəcək.

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O, gələcək hədəflərə çatmaq üçün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Hafiz Ələkbərov, Adil Hüseynov, Namiq Məmmədov və digərləri də qazanılan tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar