Xəbər lenti

Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi - Fotolar

Tarix: 12-08-2024 18:02     Baxış: 1 134

"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin  birgə təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində  rayonun intellektual gənclərindən ibarət komandaları arasında rayon Gənclər Parkında açıq hava şəraitində “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması üzrə Goranboy rayon birinciliyi keçirildi. 

Bilik yarışında 9 komanda iştirak etdi. Komandalar arasında gərgin mübarizənin nəticəsi olaraq 1-ci yeri Qaradağlı kəndinin "Mübarizlər" komandası, 2-ci yeri Səfikürd kəndinin "Qalaktikos" komandası, 3-cü yeri  Qızılhacılı qəsəbəsinin "Sparta" komandası tutdu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar