Xəbər lenti
14-09-2024, 21:36
 

Orxan Abbasov Daşkəsən rayon səhiyyə işçiləri ilə görüş keçirib - Fotolar

Tarix: 12-08-2024 14:52     Baxış: 287

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun səhiyyə işçiləri ilə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Avqusutun 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçsı Orxan Abbasov Daşkəsən rayon mərkəzi xəstəxanasında rayonun səhiyyə işçiləri ilə görüşüb. Əvvəlcə icra başçısı Orxan Abbasov xəstəxanada tibb işçilərinin iş şəraiti ilə yaxından tanış olub.

Görüşdə Orxan Abbasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edən müstəqil dövlətimizin səhiyyə sistemi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, müasirləşir. Respublikanın hər yerində, o cümlədən Daşkəsən rayonunda mövcud tibb müəssisələrinin təchizatının yaxşılaşdırılmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına, onların sosial qayğılarına xüsusi diqqət yetirilir, aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunur. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunmasına göstərdiyi qayğının parlaq təzahürüdür. 

Daşkəsən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev isə rayonda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 

Sonra rayon səhiyyəsinin fəaliyyətinə dair aparılan müzakirədə tibb işçilərinin müraciət və təklifləri dinlənilib, suallar cavablandırılıb.

Daşkəsənli səhiyyə işçiləri ölkə səhiyyəsinə göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar