Xəbər lenti
14-09-2024, 21:36
 

Azər Məmmədov Şəki şəhərində vətəndaş qəbulu keçirib - Fotolar

Tarix: 12-08-2024 11:27     Baxış: 399

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov Şəki şəhərində vətəndaşlarla görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.

Qəbuldan öncə Azər Məmmədov  və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. 

Mubarizciler.az ın məlumatına görə, Qəbula üz tutan Qax, Şəki və Zaqatala sakinlərinin müraciətləri dinlənilib. Görüşdə Birlik rəhbəri ilə yanaşı, qurumun Zaqatala Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər. Müraciətlər zamanı yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılması ilə bağlı məsələlərə toxunulub. Birlik rəhbəri qəbula üz tutan 70 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar