Xəbər lenti

İcra başçısı şəhidin yas mərasimində iştirak etdi - Fotolar

Tarix: 09-08-2024 17:08     Baxış: 1 421

2022-ci ilin mart ayında Laçın rayonunda itkin düşərək həlak olan hərbçi,  Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş  Firdovsi Abdullayevin meyitinin qalıqları 08 avqust 2024-cü il tarixdə   Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində Goranboy rayonu  və Gəncə şəhəri İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri, hərbiçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Firdovsi Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onun meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  şəhid hərbiçimizin  Gəncə şəhərində təşkil olunmuş yas mərasimində iştirak etdi, valideynlərinə başsağlığı verdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar