Xəbər lenti
14-09-2024, 21:36
 

AHİK-in “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub - Fotolar

Tarix: 08-08-2024 15:43     Baxış: 287

Avqustun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

Mubarizciler.az ın məlumatına görə, Açılış mərasimində AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib.

Məlumat verilib ki, mərkəzdə 100 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf, fen və xalatlarla təchiz olunub. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri də mövcuddur. Mərkəzin ərazisində ikimərtəbəli müalicə korpusu da var ki, bunun da birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri yerləşir. Qapalı hovuz da istirahət edənlərin istifadəsindədir. Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait var.

Ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

AHİK sədri istirahət mərkəzinin ərazisini gəzib, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.

Yaradılmış şəraiti yüksək qiymətləndirən Konfederasiya sədri mərkəzin rəhbərliyinə xidmətlərin daha da yüksək səviyyəyə qaldırılması və yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar