Xəbər lenti
14-09-2024, 21:36
 

Adil Əliyev şəhid İsabala Hüseynovun ailəsini ziyarətini edib - FOTO

Tarix: 08-08-2024 13:58     Baxış: 287

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid İsabala Hüseynovun ailəsini ziyarətini edib.

Mubarizciler.az xəbər verir ki, Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirən İcra başçısı tarixi torpaqlarımızın düşmən işğalından azad olunması və şanlı bayrağımızın Vətən göylərində məğrurluqla dalğalanmasına görə qəhrəmanlarımıza əbədi borclu olduğumuzu bildirib. Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, şəhid ailələrimizin və qazilərin sosial məsələlərinin həllinin prioritet təşkil etməsini qeyd edən Adil Əliyev bu istiqamətdə bütün addımların atılmasını bildirib.

Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. 

Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Zəfər yürüşümüz zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar