Xəbər lenti

Orxan Abbasov rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib - Fotolar

Tarix: 08-08-2024 13:54     Baxış: 546

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov  rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, 07 avqust 2024-cü il tarixində Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-nin məsul şəxsləri, aidiyyəti idarə rəhbərləri və sahibkarlar iştirak etmişdir.

Orxan Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışmış, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etmiş, qanun çərçivəsində sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcəyini bildirmişdir. 

Görüşün məqsədinin onların problemlərini dinləmək və rayonun mövcud potensialından maksimum istifadə etməklə özəl sektorun inkişafı üçün mümkün şəraitin yaradılması olduğunu qeyd etmişdir.

Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, qarşıya çıxan bəzi problemlərin  həlli üçün aidiyyəti tapşırıqlar verilmiş,  ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar