Xəbər lenti
14-09-2024, 21:36
 

Şəhid Firdovsi Abdullayevin meyitinin qalıqları ailəsinə təhvil verildi - Fotolar

Tarix: 08-08-2024 01:07     Baxış: 1 057

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin göstəriş və tapşırıqları əsasında Goranboy rayonundan səlahiyyətli nümayəndələr Bakı şəhərinə gedərək Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, qalıqları müəyyən edilmiş Şəhid Firdovsi Mais oğlu Abdullayevin qalıqları Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evə gətirilərək valideynlərinə təhvil verilmişdir.

Firdovsi Abdullayevin meyitinin  qalıqlarının təhvil verilməsi mərasimində  Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştrak etmişdir.

Şəhidin valideynlərinin qayğıları ilə maraqlanan Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir və onların ailəsinin həran yanlarında olduqlarını bildirmişdir.

Şəhid Firdovsi Abdullayevin ailə üzvləri onlara göstərilən diqqətə görə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla bütün əməkdaşlarına sonsuz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Şəhid Firdovsi Abdullayevlə  vida mərasimi 08.08.2024-cü il tarixində Gəncə şəhər Məhsəti qəsəbəsində keçirilərək Şəhidlər Xiyabanında dəfn ediləcək.

Allah rəhmət eləsin.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar