Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Vüqar Novruzov “Liv Bona Dea” Hospitalının baş direktoru Taner Özbeki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Məmmədlini qəbul edib - Fotolar

Tarix: 07-08-2024 14:00     Baxış: 2 562

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Liv Bona Dea” Hospitalının baş direktoru Taner Özbeki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Məmmədlini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, ŞİH başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Naftalanın Beynəlxalq Turizm Mərkəzinə çevrilməsini xüsusi vurğulayaraq, qonaqlara şəhərin turizm potensialını, buraya gələn yerli və xarici turistlərin sayının ildən ilə artmasını, Naftalanın bir brend olaraq dünyada tanınması üçün görülən işləri qeyd edib.

Qonaqlar şəhərdə ilk dəfə olduqlarından məmnunluqlarını ifadə edib, “Liv Bona Dea” Hospitalının tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biri olduğunu bildiriblər.

 Həmçinin, qeyd ediblər ki, xəstəxana ölkəmizdə və regionda Joint Commission International (JCI) tərəfindən 100% nəticə ilə sertifikat almış ilk tibb müəssisəsidir. 

Ölkəmizin müalicəvi turizmin mərkəzi olan Naftalanın sağlamlıq mərkəzləri ilə “Liv Bona Dea” Hospitalının qarşılıqlı əməkdaşlığı ətrafında söhbət aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar