Xəbər lenti
14-09-2024, 21:36
 

Daşkəsəndə növbəti səyyar qəbul keçirilib - Fotolar

Tarix: 05-08-2024 17:30     Baxış: 448

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Quytul kəndində səyyar qəbul keçirib.

Mubarizciler.az xəbər verir ki,  səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri , xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Səyyar qəbul zamanı sakinlər tərəfindən kəndə gələn yolun cari təmir olunması, əraziyə qaz və internet xəttinin çəkilməsini, dam örtüyünün dəyişdirilməsinə kömək edilməsi, məşğulluq və digər şəxsi məsələlər bağlı müraciətlər səsləndirilib.

Quytul kənd sakinlərinin müraciətlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar