Xəbər lenti
14-09-2024, 21:36
 

Orxan Abbasov növbəti dəfə vətəndaşları qəbul edib - Fotolar

Tarix: 02-08-2024 20:53     Baxış: 413

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti dəfə vətəndaşları qəbul edib. 

Qəbulda Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Mubarizciler.az xəbər verir ki, Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, özünəməşğulluq proqramı çərçivəsində aktivlərilə təmin olunma, yaşadığı fərdi yaşayış evinin təmir olunmasına kömək və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar