Xəbər lenti
14-09-2024, 21:36
 

Azər Qocayev “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun ad günündə məzarını ziyarət edib. - Fotolar

Tarix: 02-08-2024 01:16     Baxış: 539

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun ad günündə məzarını ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhidin doğmalarının iştirakı ilə şəhid Mikayılov Azər Əmrah oğlunun ad günündə məzarını ziyarət ediblər.Şəhidin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şanlı Zəfər tarixmizdən söz açıb, şəhidlərimizin qəhrəmanlığından bəhs edib. Eyni zamanda qeyd edib ki, 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi zəfərlə başa çatdı.Bu qələbəni bizlərə Müzəffər Ali Baş Komandanımız, dövlətimizinin başçısı cənab İlham Əliyev, onun rəşadətli ordusu, şəhidlərimiz və xalqımız bəxş etdi. Şəhidlərimiz öz qanı bahasına əyilən qəddimizi düzəltdilər, qürurumuzu özümüzə qaytardılar. Şəhid Mikayılov Azərin qəhrəmanlığından, onun göstərdiyi igidlik nümunələrindən söz açaraq  vurğulayıb ki, Müzəffər Ali Baş Komandan şəhid mayor Mikayılov Azərin Vətən müharibəsində göstərdiyi şücaəti yüksək qiymətləndirərək onu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif etmişdir. İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, bildirib ki, şəhid ailələri dövlət başçısının tapşırığına uyğun olaraq hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.

Qeyd edək ki, Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Vətən sağ olsun.!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar