Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Təxribata tatamidə cavab verdi - Fotolar

Tarix: 01-08-2024 23:26     Baxış: 1 225

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Mubarizciler.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində gürcüstanlı İlya Sulamanidzeyə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, bu yarışlarda ölkəmizin aktivinə əlavə olunan ikinci qızıl medaldır. Daha əvvəl bu idman növündə azərbaycanlı cüdoçu Hidayət Heydərov (73 kq) ilk qızıl medalı gətirmişdi.

Xatırladaq ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olmuşdu. Belə ki, “Fransa-2” kanalının aparıcıları canlı yayımda Sena çayı boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar etmişdilər:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.

“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət ünvanlayıb.

Ölkəmizi layiqincə təmsil edən idmançılarımız isə bu təxribatlara öz növbəsində yarış tatamisində cavab verirlər.
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar