Xəbər lenti
14-09-2024, 21:36
 

Şəhidliyi müəyyənləşdirilən Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Fotolar

Tarix: 01-08-2024 18:54     Baxış: 462

Avqusun 1-də Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından və döyüş yolundan söz açıb. İcra başçısı Orxan Abbasov bildirib ki, şəhid ailələri və qazilər möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını gündəlik həyatlarında hiss edirlər. Daşkəsən rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar