Xəbər lenti
23-10-2024, 14:07
 

Daşkəsəndə rayon üzrə 2024-cü ilin 6 ayı ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi barədə məsələ müzakirə olunub - Fotolar

Tarix: 31-07-2024 21:35     Baxış: 497

31 iyul 2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclasında “Daşkəsən rayonu üzrə 2024-cü ilin 6 ayı ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi barədə”  məsələ müzakirə olunub.

İclasda şura üzvləri, aidiyyəti  qurumların məsul şəxsləri iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Orxan Abbasov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik qabiliyyətinə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını təmin etmişdir. 

Orxan Abbasov daha sonra çıxında Şura üzvlərinə rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulan və həlli vacib digər məsələlər barədə öz tapşırıqlarını vermişdir.

Sonra Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verilib.

“Daşkəsən rayonu üzrə 2024-cü ilin 6 ayı ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi barədə” rayon üzrə Maliyyə şöbəsinin rəisi Natiq Zeynalovun hazırladığı  arayış  dinlənilib. 

Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, İcra Hakimiyyətinin Başçısı Orxan Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra əlavə və düzəlişlər də nəzərə alınmaqla məsələ ilə bağlı Şura iclasının qərarı qəbul edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar