Xəbər lenti
23-10-2024, 14:07
 

Şuşada nefroloq və endokrinoloqların regional toplantısı keçirilib - Fotolar

Tarix: 31-07-2024 17:47     Baxış: 434

TƏBİB-in təşkilatçılığı, Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin dəstəyi ilə Şuşada “Natrium və turşu-qələvi müvazinəti: Nefroloqlar və Endokrinoloqların Şuşa görüşü” regional toplantısı baş tutub. 

Mubarizciler.az xəbər verir ki,  bu barədə TƏBİB-İN mətbuat xidməti məlumat yayıb.

Regional toplantıda TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri Xəyyam Eyvazov, Respublika Endokrinologiya Mərkəzinin direktoru Nərmin İsmayılova və digər rəsmilər iştirak ediblər.

Toplantının birinci panelində Yeni Klinikanın direktoru, həkim-nefroloq Barat Yusubov “Kəskin böyrək çatışmazlığında dializin tətbiqi: Göstərişlər və optimal zamanın seçilməsi”, nefroloq Cəbrayıl Cəbrayılov “Qan qazlarında nələrə diqqət edək?”, endokrinoloq Fidan Qulu isə “Diabetik ketoasidoz və müalicəsi”  mövzularında çıxış ediblər. 

Tədbirin ikinci panelində isə Yeni Klinikanın endokrinoloqu Nərimanə Yağcı İmanovanın “Hiponatremiya: Klinik dəyərləndirmə və müalicəsi”, Yeni Klinikanın həkim-terapevti Nərmin Beydulovanın “Hipernatremiya: Xəstə nümunəsi” və Nefroloq Cəbrayıl Cəbrayılovun “Hiperurikemiya nefroloq gözü ilə” mövzularındakı çıxışları dinlənilib. 

Geniş təqdimatların nümayiş olunduğu tədbir sual-cavab sessiyası ilə başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar