Xəbər lenti
28-11-2025, 18:54
 

Hidayət çempion! - Yenilənib

Tarix: 29-07-2024 22:18     Baxış: 959

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Mubarizciler.az xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 

H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb. 

***

Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib.

İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq. 

***

Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.

O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.

***

Hidayət Heydərov yarımfinalda Kosova təmsilçisi Akil Qyakova ilə qarşılaşıb. Rəqibə qalib gələn Heydərov finala vəsiqə qazanıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finalda fransalı Joan-Benjamin Qabaya ipponla qalib gələrək Olimpiya çempionu olur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar