Xəbər lenti

Adil Əliyev növbəti dəfə vətəndaşları dinləyib - Fotolar

Tarix: 29-07-2024 19:44     Baxış: 854

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə vətəndaşları dinləyib.

Mubarizciler.az xəbər verir ki, İyulun 29-da təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. 

İcra hakimiyyəti başçısı müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 80-dən çox vətəndaş iştirak edib.

Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar