Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsən rayonu ərazisində baş vermiş leysan xarakterli yağışlar fəsadlar törətmişdir - Fotolar

Tarix: 28-07-2024 16:59     Baxış: 1 463

27-28 iyul 2024-cü il tarixlərdə Daşkəsən rayonu ərazisində güclü leysan xarakterli yağışların yaratdığı sel suları nəticəsində yol, elektrik və qaz təsərrüfatına ziyan dəymişdir.  Belə ki,  Daşkəsən şəhər, Yuxarı Daşkəsən qəsəbəsi, Mollahəsənli, Almalı, Kollu, Çıraqlı kəndləri ərazisində elektrik dayaqlarına və transformatorlara vurduğu zərər nəticəsində həmin ərazidə yaşayan əhalinin elektrik təhcizatında fasilələr yaranmışdır.

Yuxarı Daşkəsən qəsəbəsi ərazisində ağacın aşması nəticəsində iki fərdi yaşayış evinin qaz sayğacı yararsız vəziyyətə düşmüş, qaz xidmət sahəsinin əməkdaşları tərəfindən qısa müddətdə bərpa olunmuşdur. 

Yağan yağışlardan yaranmış sel sularının təsirindən Daşkəsən-Gəncə, Bayan, Quşçu, Əmirvar istiqamətində dağ yamaclarından yollara tökülmüş daş, çınqıl, qum qarışığının təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun tapşırığına uyğun olaraq rayon ərazisinə sel sularının vurduğu ziyanlar xidmət təşkilatlarının müvafiq texnikaları və daxili imkanlar hesabına aradan qaldırılır, aparılan işlər Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən nəzarətdə saxlanılır. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar