Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Orxan Abbasov vətəndaşların səyyar qəbulunu keçirib - Fotolar

Tarix: 28-07-2024 16:53     Baxış: 1 099

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Çıraqlı kənd sakinləri ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənd yolunda cari təmir işlərinin aparılması, elektrik dayaqlarının və naqillərin yenilənməsini, kəndin sürətli internetlə təmin olunmasını, təbii qazla təmin edilməsini və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar