Xəbər lenti

Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib - Fotolar

Tarix: 27-07-2024 13:51     Baxış: 343

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib. 

Mubarizciler.az xəbər verir ki, görüşlərdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, xalqımız taleyüklü məsələlərdə çox böyük uğurlar, inanılmaz nəticələr əldə edib.

Qeyd  edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi siyasət nəticəsində Vətən müharibəsində şanlı zəfər  qazanılıb, ərazi bütövlüyümüz təmin olunub, işğaldan azad olunan yurd yerlərimizdə şəhər və kəndlərimiz bir-birinin ardınca yenidən qurulur, soydaşlarımız doğma yerlərinə geri dönür.

RİH başçısı qeyd edib ki, respublikazın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Hazırda rayon ərazisində 210-dan çox şəhid ailəsinin, o cümlədən 132 şəhid övladının yaşadığı qeyd edilərək onların hər birinə qayğı ilə yanaşıldığını və bu diqqətin daimi olacağı bildirilib.

Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələlər yerindəcə həll olunub.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar