Xəbər lenti

Daşkəsəndə Şəhid ailələri və Qazilərlə görüş keçirilib - Fotolar

Tarix: 26-07-2024 23:46     Baxış: 483

İcra başçısı Şəhid ailələri və Qazilərlə görüş keçirdib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-nin məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Orxan Abbasov diqqətə çatdırıb ki,  möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Sonra icra başçısı şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib. 

Rayon rəhbəri bildirib ki, şəhid ailələrinin və qazilərin qaldırdığı məsələlər müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti üzrə müraciət olunacaq.

Şəhid ailələri və qazilər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar