Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldı

Tarix: 24-07-2024 11:16     Baxış: 973

Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən şəxslər saxlanılıblar.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar