Xəbər lenti

Anar Tağıyev sakinlərin müraciətini dinlədi - Fotolar

Tarix: 20-07-2024 21:39     Baxış: 686

Təsdiq olunmuş qrafikə uyğun olaraq, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə Nemətabad kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış, bütün bunların vətəndaşların yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. 

Qəbulun gedişində vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Digər məsələlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar