Azər Qocayev Vətən müharibəsi şəhidi Qismət Heydərovun ad günündə məzarını və ailəsini ziyarət edib - Fotolar
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi Qismət Heydərovun ad günündə məzarını və ailəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhidin doğmalarının iştirakı ilə şəhid Heydərov Qismət İsmayıl oğlunun ad günündə məzarını və ailəsini ziyarət ediblər.Şəhidin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şanlı Zəfər tarixmizdən söz açıb, şəhidlərimizin qəhrəmanlığından bəhs edib.Eyni zamanda vurğulayıb ki, məhz onların şəhadətləri bahasına üç rəngli dövlət bayrağımız bütöv Azərbaycanın azad səmasında dalğalanır.İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, bildirib ki, şəhid ailələri dövlət başçısının tapşırığına uyğun olaraq hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri olan Qismət Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Xəbəri paylaş