Xəbər lenti
18-03-2025, 11:29
 

İcra başçısı Şəhid anası ilə görüşüb - Fotolar

Tarix: 17-07-2024 13:21     Baxış: 819

Mubarizciler.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən Müharibəsi şəhidi Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova ilə görüşüb. Görüş zamanı İcra başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib. Onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirildiyini vurğulayıb, şəhid anasının qayğıları ilə maraqlanıb.

Şəhidin anası ona, eləcə də digər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edib. 

Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən cari ilin iyun ayında Şuşa şəhərinə səfərlərinin təşkil edilməsi onlara göstərilən hərtərəfli diqqətin bariz nümunəsidir. Şəhid anası yaradılan şəraitə görə öz adından, eləcə də Şəhid və qazi ailələri adından minnətdarlığını ifadə edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar